2 Mart 2021 16:43
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixi ədaləti bərpa edərək, 1992-ci ilin kədərli Xocalı səhifəsini çevirə bilib, lakin regionda qarşıdurmanı davam etdirmək niyyətində deyil.

Teleqraf.com xəbər verir ki, hərbi icmalçı Aleksandr Artamonov bu fikri Rusiyanın “Pravda.ru” şəbəkə nəşrinin “YouTube” kanalında bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lərin təmsilçiləri üçün təşkil olunan mətbuat konfransında iştirak edib və dövlət başçısına sual verib.

Jurnalist qeyd edib ki, Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistan ilə sülh sazişi imzalamağa hazırdır. O həmçinin xatırladıb ki, Azərbaycanın hərbi yolla özünə qaytardığı Qarabağ ərazisi bütün beynəlxalq qanunlara və BMT-nin qətnamələrinə görə Azərbaycana məxsusdur.

A.Artamonov vurğulayıb ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ öz qanuni sahibinə qaytarılandan sonra sülhün, o cümlədən Ermənistanla normal münasibətlər qurulmasının tərəfdarıdır. Bununla belə, Azərbaycan Prezidenti Xocalıda baş verən faciəni də unutmur, müharibə zamanı dinc şəhərlərin atəşə tutulmasını xatırladır. Ekspert deyir: “Azərbaycan gərəksiz addımlar atmaqdan özünü saxlaya bildi, hərçənd Azərbaycan döyüşçüləri bilir ki, Xocalıda 613 nəfər amansızlıqla, vəhşicəsinə öldürülüb. Mən hadisənin şahidləri ilə söhbət etmişəm, o cümlədən gözləri çıxarılmış, qarınları yırtılmış uşaqların divara mıxlanmış cəsədlərinin təsvir edildiyi fotoşəkilləri və videokadrları görmüşəm. Bütün bunlar olub. Bu, Azərbaycan əhalisinin, hazırda evlərinə qayıtmağı gözləyən 750 min insanın qovulmasına yönəlmiş terror siyasəti idi. Lakin onlar öz evlərinə qayıda bilmir, çünki minalanmış sahələrin xəritəsi Azərbaycan tərəfinə verilmir və ərazi məskunlaşmaya yararlı deyil: infrastruktur yoxdur, orada hərəkət etmək mümkün deyil, demək olar ki, hər yer minalanıb. Bununla belə, Azərbaycan sülh barədə danışır”.

A.Artamonov əmindir ki, Azərbaycan özünün hərbi və siyasi üstünlüyünə baxmayaraq, çoxmillətli dövlət kimi Cənubi Qafqazda dinc yanaşı yaşamağı təklif edir. Jurnalistin fikrincə, bu, təkcə həmin region üçün olmayan tamamilə yeni siyasətdir.

Ekspert işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa işlərindən də söhbət açıb, “hərçənd Qarabağ ərazisində praktik olaraq bircə salamat ev də qalmayıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər