Bu ilki Novruz bayramını xalqımız böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşıladı. Bahar bayramını doğma torpaqlarımızda, Qarabağımızda qeyd edək arzusu çin oldu. Xalqımızın bu müqəddəs arzusu bütün vədlərinə sadiq olan Ali Baş Komandan tərəfindən reallaşdı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili qeyd edib ki, 44 günlük haqq savaşının qalibi Azərbaycan xalqı oldu: “Cənab Prezident İlham Əliyevin Şuşada Novruz tonqalını alovlandırmasını xalqımız böyük sevinclə qarşıladı. Ölkə başçısının Novruz təbrikini Şuşadan, Cıdır düzündən ünvanlanması düşmənə və onların havadarlarına siyasi mesaj oldu.
Ölkə rəhbəri tərəfindən hər zaman Azərbaycanın haqq səsi ali tribunalardan qətiyyətlə dünya ictimaiyyətinə çatdırılıb. Ən mötəbər kürsülərdən "Qarabağ Azərbaycandır və nida" deyilib.
Bu dəfə cənab Prezident bayram tonqalı ətrafında mühüm mesajlar verdi. Ali Baş Komandan "Şuşa sən azadsan, Şuşa Azərbaycandır, Qarabağ Azərbaycandır!" deyə bütün dünyaya səsləndi. Bununla düşmənə və onun havadarlarına layiq olduqları yeri bir daha xatırladılmış oldu".
Naqif Həmzəyev Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Şuşada, Cıdır düzündə alovlandırdıqları Zəfər tonqalının ərafında söydədiyi fikirlərdən bəhs edib: “Bundan sonra xalq-ordu-iqtidar birliyi sayəsində bərpa edilən tarixi ədaləti pozmağa heç kimin gücü və iradəsi çatmayacaq”.