7 Aprel 2021 09:34
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda Qərbə, Rusiyaya işləyən müxtəlif qüvvələr var, amma əsas kütlə Nikol Paşinyanın tərəfindədir. Çünki Robert Köçəryan və Serj Sərksiyanla müqayisədə əhali Paşinyanın korrupsioner olmadığını, islahat aparmaq istəyini görüb. Bu mənada “Mənim addımım” Ermənistanda indi əsas partiyadır. Ehtimal edirəm ki, növbədənkənar parlament seçkilərində də qalib gələn Paşinyan xətti olacaq.

Bu fikirləri Teleqraf.com-a sabiq təhsil naziri, professor Firudin Cəlilov Robert Köçəryanın Moskvaya səfər etməsi və burada “Birinci kanal”a müsahibə verməklə seçki kampaniyasına başlamasını şərh edərkən deyib.

Firudin Cəlilov qeyd edib ki, Köçəryanın Moskvada yenidən peyda olması, burada aparıcı kanala müsahibə verməsi təsadüfi deyil: “Sözsüz, Moskva Ermənistandakı “beşinci kolon”nu işə salacaq ki, Köçəryanı seçkidə qalib etsin. Amma proqnozum belədir ki, seçkilərdə uduzan tərəf Robrt Köçəryan olacaq.

İkinci məqam odur ki, Köçəryan öz ölkəsində sevilməyən tipdir. Bir siyasətçi kimi səmimiyyətdən uzaq adamdır və qəddarlığı öz xalqına da bələddir. Məhz o, 2008-ci ilin martında öz xalqını güllələmək əmri verib. Bunlar isə unudulmur”.

Ermənistanda bütün siyasətçilərin revanşist olduğuna diqqət çəkən sabiq nazir deyib ki, hakimiyyətə gələn şəxs sonunda erməni olacaq: “Onlar 100 ildir bu xəstəliyə tutulub. Köçəryan kimilər isə bu xəstəlik virusunun onların canlarından çıxmasına imkan verməyən tərəfdədirlər. Ehtimal edirəm ki, orada revanş olacaq.

İndi düşmən cəbhəsində çaxnaşma və ələnmə gedir. Köçəryan kimilər hakimiyyətə gəlsə müharibə hazırlığına başlayacaq. Rusiya kanalına verdiyi müsahibədə dialoqun tərəfdarı kimi çıxış edib, revanşın əksinə düşündüyünü söyləsə də, bu, yalandır. Köçəryan anti-türk mövqeyində olan şəxsdir. Köçəryan həm də müharibədən sonra 10 noyabrda imzalanan razılaşmanın əleyhinədir. Halbuki bu razılaşma Rusiyanın da maraqlarına uyğundur. İndi nədən ruslar bu razılaşmanın əleyhinə olan Köçəryana dəstək haqqında düşünürlər? Hər halda Köçəryan erməni xalqı üçün bitmiş biridir. Rusiyada müəyyən dairələr bu amili nəzərə almalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər