7 May 2021 21:13
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Kendis Makdeyqan ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə bölgədə mövcud olan vəziyyət, həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edən nazir, bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin zəruriliyini vurğulayıb.

Üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağı qeyd olunub.

Kendis Makdeyqan təqdim olunan məlumatların mövcud vəziyyətin ümumi kontekstinin başa düşülməsi üçün önəmli olduğunu bildirdi. O, Azərbaycan tərəfi ilə bu günədək bir çox sahələrdə, o cümlədən nəqliyyat, enerji, informasiya texnologiyaları, su və digər şəhər infrastrukturu xidmətləri və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd etdi və bağlılıq sahəsinin əsas istiqamət olaraq qaldığını vurğulayıb.

K.Makdeyqan Azərbaycanın cari il ərzində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq üzrə nazirlər konfransına ev sahibliyi edəcəyini məmnunluqla səsləndirib.

Nazir Asiya İnkişaf Bankının Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və rəqabətin artırılması sahələrinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini həmsöhbətin diqqətinə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər