Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov Novosibirskidə qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin işi ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Musavat.com-un müvafiq sorğusuna cavab olaraq, İlham Rəhimov özü məlumat verib. Onun verdiyi məlumata görə, Novosibirskdə yol polisi Aleksandr Qusev tərəfindən qətlə yetirilən Vəkil Abdullayevlə bağlı baş verənlər hər bir azərbaycanlı kimi onu da narahat edir. Buna və ölkə ictimaiyyətinin getdikcə artan narazılığına görə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə danışıb.
Qeyd edək ki, A. Bastrıkin və onun təmsil etdiyi ölkə də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının üzvüdür.