“NATO-nun Brüsseldə keçirilən zirvəsindən sonra Azərbaycana gedəcəyəm”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri NATO sammiti çərçivəsində müzakirə edəcəyi məsələlərdən danışıb:
“İlk növbədə, bu zirvədə NATO ölkələri olaraq, nələri edə bilərik, bunlardan danışacağıq. Türkiyə ilk beşlikdə yerini alan güclü dövlətdir. Cənab Baydenlə Türkiyə-ABŞ münasibətlərini müzakirə etmək fürsətimiz olacaq. Boris Conson, Makron və Almaniya kansleri ilə görüşlərimiz var. Təbii ki, belə görüşlərin sayı çoxdur. Orada təqdimatlarımız olacaq. Baydenlə ən sonda görüşəcəyik.
Bundan sonra Azərbaycana keçəcəyik. Qardaşım İlham Əliyevlə Füzuli və Şuşada görüşəcəyik. İki ölkə olaraq müqavilə imzalayacağıq. Bu, hərtərəfli müqavilə olacaq. Türkiyə millisinin matçını izləyəcəyik”.