“Normativ hüququ aktlar haqqında” qanunun 48 maddəsində qanunvericilik təşəbbüslə çıxış edən subyekt təklif etdiyi qanun layihəsinin əsaslandırmasını təmin etməlidir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquliyev Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanun layihəsi haqqında çıxış edərkən deyib.
Deputat əlavə edib ki, qanun layihəsini təqdim edən subyekt onun əsaslandırmasını qeyd formasına təqdim edib: “Ancaq əsasandırma ilə təqdim edilən qeyd arasında fərq var. Söhbət 6 aylıq müddətdən gedir. Mən təklif edirəm ki, qanun layihəsində açıq yazılsın ki, 6 aylıq müddət nəzərə alınır”.
Q.Həsənquliyev daha sonra bildirib ki, son zamanlar daxil olan qanunlarda cərimə və rüsumların artırılması müşahidə olunur: ”Sanki yük vətəndaşların üzərinə qoyulur. Əslində mən əvvəllər də qeyd etmişəm ki, vətəndaşlar vergi ödəyirlər”.
Komitə sədri Musa Quliyev isə qeyd edib ki, Qüdrət Həsənquliyev qanunun arayışı ilə qanun layihəsini müqayisə edib: “Nəzərə çatdırım ki, bu qanun dəyişdikdən sonra "Pensiya haqqında" qanun layihəsi dəyişəcək”.
Musa Quliyev eyni zamanda Qüdrət Həsənquliyevin sonuncu fikri ilə razılaşaraq bildirib ki, onun özü də qanun layihələrində vətəndaş üçün aydın olan ifadələrin seçilməsinin tərəfdarıdır.