25 İyun 2021 16:38
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqına (Aİ) üzv olan Avstriya, Litva və Rumıniyanın xarici işlər nazirləri Aleksandr Şallenberq, Qabrielius Landsbergis və Boqdan Aureskunun Azərbaycana səfərləri başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rumıniya XİN başçısı tvitterdə yazıb.

Artıq XİN başçıları Yerevandadır və Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklər.

Onlar sabah Tbilisiyə səfər edəcək və sonda Gürcüstan paytaxtında mətbuat konfransı təşkil edəcəklər.

Xatırladaq ki, səfər Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin tapşırığı əsasında həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər