Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ərdoğanla Putin arasında telefon danışığı zamanı Türkiyədəki meşə yanğınları müzakirə edilib.
Təbii fəlakətlə mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətinin çəkildiyi görüşdə Putin yanğınların söndürülməsində Türkiyəyə kömək etməyə davam edəcəklərini bildirib.
Rusiya və Türkiyə arasındakı münasibətlərin də müzakirə edildiyi görüşdə dünən paytaxt Moskvada keçirilən 17-ci Türkiyə-Rusiya Hökumətlərarası Birgə İqtisadi Komissiyasının toplantısının müsbət keçdiyi vurğulanıb.
Görüş zamanı tərəflər ticarət, iqtisadiyyat, energerika və digər sahələrdə razılaşmaların həyata keçirilməsi üçün birgə işlərin davam etdirilməsi yönündə təmasların müxtəlif səviyyələrdə davam etdirilməsi barədə razılığa gəliblər.