23 Avqust 2021 14:14
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taliban” Əfqanıstanda olan əcnəbi qüvvələrin ölkədən çıxmasının qırmızı xətləri olduğunu elan edib.

Teleqraf.com-un məlumatına görə, “Taliban”ın sözçüsü Süheyl Şahin bəyan edib ki, ABŞ və İngiltərə təxliyələri davam etdirmək üçün əlavə zaman tələb edərlərsə, onlara cavabımız “xeyir” olacaq.

Qeyd edək ki, hazırda qərb ölkələri daha əvvəldən açıqlanan 31 avqusta qədər təxliyə prosesini Kabil hava limanında həyata keçirir. Ancaq bəzi ölkələr təxliyə əməliyyatının uzana biləcəyinə dair siqnallar verir.

“Taliban” sözçüsü əlavə edib ki, bu məsələ onların qırmızı xəttidir:

“Prezident Bayden bütün hərbi qüvvələrini avqustun 31-nə qədər çıxaracaqlarını elan edib. Bunu uzatmaları, ehtiyac duymalarına baxmayaraq işğal mənasına gəlir. Əgər ABŞ və İngiltərə təxliyə üçün əlavə zaman tələb edərlərsə, bunun cavabı xeyirdir. Ya da bunun nəticələri olar”.

“Taliban” rəsmisi əlavə edib ki, bu cür vəziyyət arada etimadsızlıq yarada bilər: “Əgər işğalı davam etdirmək niyyətindədirlərsə, bu, bir reaksiya yaradar”.


Müəllif: Cavad

Oxşar xəbərlər