30 Sentyabr 2021 00:52
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Milli Assambleyasının spikeri Əsəd Qeysər ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, səfir səmimi qəbula görə Əsəd Qeysərə təşəkkürünü bildirib və Azərbaycan-Pakistan arasındakı səmimi əlaqələrdən bəhs edib.

X.Fərhadov Pakistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu söyləyərək ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib və bu münasibətlərin indiki vəziyyətinin yüksək olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

Səfir Azərbaycan ilə Pakistanın hər zaman bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini deyərək Vətən müharibəsi dövründə Pakistanın dəstəyini, o cümlədən Pakistan Milli Assambleyasının qətnamə qəbul edərək Azərbaycana göstərdiyi siyasi və mənəvi köməyi yüksək qiymətləndirib və Pakistan hökumətinə və xalqına, Milli Assambleyaya öz təşəkkürünü bildirib.

Azərbaycan ilə Pakistan arasındakı əlaqələrin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirən səfir bu münasibətlərin daha da gücləndirilməsi istiqamətində görülmüş işlər, eləcə də həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı məlumatları spikerin diqqətinə çatdırıb. O, Azərbaycan-Pakistan arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi qeyd edib.

X.Fərhadov Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin birinci üçtərəfli görüşünü xatırladaraq bu formatın ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Əsəd Qeysər Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edərək ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Ə.Qeysər Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən məmnunluğunu ifadə edərək Azərbaycan Milli Məclisi ilə sıx əməkdaşlıq etdiklərini bildirib. O, bu ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olduğunu söyləyib, işğaldan azad olunmuş ərazilərə səfər etdiyini xatırladıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşdüyünü bildirən spiker bu görüşlərin onda yüksək təəssürat yaratdığını xüsusi vurğulayıb və göstərilmiş qonaqpərvərliyə görə Azərbaycan hökumətinə öz təşəkkürün çatdırıb.

Əsəd Qeysər Azərbaycan-Pakistan əlaqələrinin daha da gücləndirilməsi üçün Pakistan Milli Assambleyasının sədri kimi əlindən gələni edəcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər