Azərbaycanın müharibədə Ermənistan üzərində qələbə qazanması çox mühüm tarixi hadisədir.
Bunu Teleqraf.com-a açıqlamasında İsrailin keçmiş müdafiə naziri Ehud Barak deyib.
O bildirib ki, Azərbaycan bu müharibə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini praktiki olaraq özü icra edib: "Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, həm də beynəxalq ədalətin yerinə yetirilməsi deməkdir".