5 Noyabr 2021 12:18
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamalıdır. Bu istiqamətdə Ermənistan tərəfindən müsbət rəy gözləyirik, ancaq hələ də heç bir nəticə görmürük. İşğal iddiaları hələ də qalır. Bu, tamamilə qəbul olunmazdır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində “44 Günlük Zəfər Yolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan beynəlxalq hüququ hələ də tanımaq istəmir: "Azərbaycan mövqeyi ədalətin və beynəlxalq hüququn bərqərar olmasını istəyir. Azad olunan ərazilərdə belə miqyasda quruculuq işlərinin aparılması heç bir ölkədə olmayıb".

Daha sonra Zəfər bayramından danışan Hikmət Hacıyev deyib: "Hər zaman xarici ölkələrin Zəfər bayramlarında iştirak edəndə özümə sual verirdim ki, nə vaxtsa biz də bu tarixi bayram kimi qeyd edə biləcəyikmi?! Tarixi Zəfər Günü münasibətilə əməyi keçən hər kəsə minnətdaram".

Onun sözlərinə görə, hər zaman gündəmdə olan məsələ işğal altında olan torpaqların azad edilməsi idi: "Azərbaycan ilk dəfədir müstəqillik tarixində ərazi bütövlüyü təmin edilən ölkə kimi çıxış edir. Artıq Qarabağ mövzusu xarici siyasət mövzusu deyil. Bu, artıq daxili məsələmizdir. Ermənistan doktrinasını dəyişdirməli, Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər