5 Noyabr 2021 12:34
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün xalqımız üçün əlamətdar gündür. Qələbənin 1 illiyini qeyd etməyə hazırlaşırıq. Qələbə təkcə torpaqlarımız işğaldan azad edilməsi deyildi, qürurumuzun özümüzü qaytarılması idi. Bu qələbədə hər bir kəsin payı var. İnsanlar orduya yemək bişirir, corab göndərir, hər cür dəstək verirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Partiya sədri bildirib ki, bu müharibədə bir nəfərin xüsusi yeri və müstəsna xidməti var: “Bu da Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz 44 günlük müharibəyə başlamazdan əvvəl İlham Əliyev düşməni diplomatik meydanda məğub etmişdi. Rusiya eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan dövlətlərlə görülən işlər var.

İlham Əliyev vaxtı və zamanı gözlədi. Orduya nə zaman əmr verməyin vaxtını İlham Əliyev çox yaxşı bilirdi. O, diplomatik sahədə gördüyü vacib işlərlə bərabər ordumuzu gücləndirirdi. Elə 44 günlük müharibə zamanı da müşahidə etdik ki, prezidentə basqı vardı. Prezident digər dövlət başçıları ilə danışıqlarda qeyd edirdi ki, düşmən ərazimizdən çıxmayana qədər sülh ola bilməz. Prezidentin hətta müsahibələrdə bəzi sırtıq suallara necə səbrlə cavab verdiyini gördük. Əlbəttə, burada Mehriban xanımın fəaliyyəti də qeyd edilməlidir. Xalqımız bu qələbə üçün çalışdı. Xalqımız artıq başını dik tutub dünya xalqları arasına çıxa bilər”.

Deputat daha sonra təklif edib ki, şəhidlərimizi başqa formada yad edək: “Onlar gənclər idi, özlərini gələcək üçün, millətimiz üçün qurban verdilər. Biz onları sükutla deyil, alqışla yad etməliyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər