6 Noyabr 2021 10:03
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 30 il müstəqillik dövründə tamamilə fərqli dəyişiklikliklərin şahidi olduq.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini David Merkel VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın inteqrasiyasına əngəl törədən daxili Qarabağ münaqişəsi idi.

David Merkel bildieib ki, bu gün real siyasətə əsaslanan yanaşmalara imza atılır: "Avropa ittifaqının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində dünya terrorizmə qarşı səsini qaldırdı. Azərbaycan və amerikalı siyasətçilərlə görüşürdük. Bu zaman amerikalı siyasətçilər də deyirdilər ki, İranın nüvə silahı təhlükə mənbəyidir.

Artıq təkqütblü dünyadan çox qütblü dünyaya keçirik. Daha çox real siyasətə əsaslanan yanaşmalara imza atırıq. Avropanın vacibliyi daha əvvəl İranla, Rusiya ilə ölçülürdüsə, indi daha çox Çini buraya əlavə edirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər