8 Noyabr 2021 15:12
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyadakı qiyamçı general Xəlifə Haftarın oğlu Səddam Haftar Tel-Əvivə gizli səfər edərək burada atasının iki ölkə arasında gələcəkdə diplomatik əlaqələr qurmağı hədəfləyən mesajını çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Haretz” qəzeti bildirir.

Məlumata görə, Səddam Haftar noyabrın 1-də İsrailə gəlib.

Səddam Haftar atasının Liviya ilə İsrail arasında gələcəkdə diplomatik əlaqələr qurmasının qarşılığında İsraildən hərbi və siyasi dəstək tələb edən mesajını Təl-Əvivə çatdırıb.

Qeyd edilir ki, oğul Haftar atasına yaxın iş adamının şəxsi təyyarəsi ilə Birləşmiş Ərəb Əmirliyindən İsrail paytaxtına uçub və burada İsrail təhlükəsizlik qüvvələri ilə 1,5 saatlıq görüş keçirib.

Ehtimal edilir ki, bu addım Liviyada dekabrın 24-də keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə əlaqədar ola bilər.

Xəbərdə xatırladılır ki, Xəlifə Haftarın özü əvvəllər fərqli ölkələrdə MOSSAD rəsmiləri ilə müzakirələr aparıb.


Müəllif: Nemət

Oxşar xəbərlər