9 Noyabr 2021 13:10
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəfər Günü ilə əlaqədar Azərbaycanda səfər olan Türkiyə müdafiə naziri Hulusi Akar həmkarı Zakir Həsənovla görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Akar 44 günlük savaş nəticəsində Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad edərək öz torpaqlarını azadlığına qovuşdurduğunu deyib:

“İndi yeni bir mübarizə - iqtisadi mübarizə başlayıb. Türkiyə Silahlı Qüvvələri olaraq biz azərbaycanlı qardaşlarımızla birgə ora xaincəsinə yerləşdirilən, günahsız insanların həyatını təhdid edən əldəqayırma partlayıcı və minalar başda olmaqla, hər cür təhdid və təhlükəni aradan qaldırmaq üçün gecə-gündüz çalışırıq”. dedi.

Türkiyə-Rusiya hərbçilərinin yerləşdiyi birgə mərkəzin fəaliyyəti ilə bağlı suala Akar belə cavab verib:

“Birgə Mərkəzin vəzifələri və sərhədləri bəllidir. Zaman-zaman fərqli təşəbbüslər olsa da, hörmətli qardaşım, Azərbaycanın müdafiə naziri general Zakir Həsənov bu məsələlərlə bağlı lazımi düzəlişlər edir, fikirlər irəli sürür. O mərkəzin müyyən edilmiş çərçivədə fəaliyyət göstərməsi üçün bütün səylər göstərilir. Atəşkəsin davamlılığının təmin edilməsi və atəşkəslə bölgəyə sabitliyin gətirilməsi əsasdır. Biz bu məsələlərdə ciddiliyimizi, səmimiyyətimizi və dostluğumuzu nümayiş etdirdik, etdiririk. Bundan geri çəkilməmişik.

Orada təkcə Rusiya və Türkiyə yox, Azərbaycan da inzibati, təhlükəsizlik vəzifələrində, orada fəaliyyətlərin həyata keçirilməsində ciddi səylər göstərir. Bunun nəticəsidir ki, atəşkəs rejiminin davam etdiyini, pozuntuların xeyli azaldığını və sabitlik istiqamətində mühüm addımlar atdığımızı böyük məmnuniyyətlə müşahidə edirik. Oradakı Türk Silahlı Qüvvələrinin mənsubları böyük sevgi və önəmli vəzifə yerinə yetirdikləri şüuru ilə üzərinə düşənləri yerinə yetirirlər. Bəzi xırda problemlər olsa da, biz onları danışıqlar yolu ilə həll etməklə irəliləyişə davam edirik”.

Hulusi Akar Zəngəzur dəhlizi və “Altılıq” platforması ilə bağlı jurnalistlərə açıqlama verib.

O, Ermənistanın 44 günlük müharibədən sonra yaranmış fürsətdən istifadə etməli olduğunu deyib:

“Biz istəyirik ki, Ermənistan Azərbaycan Prezidenti cənab İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın uzatdıqları barışıq əlini fürsət kimi nəzərdən keçirsin və bundan yararlansın. Ona görə də Azərbaycan, Ermənistan, Türkiyə, Gürcüstan, Rusiya və İranın birlikdə müzakirə apararaq, burada sabitliyin yaranmasını istəyirik.

Baxın, dünyanın müxtəlif bölgələri var ki, orada münaqişələr, problemlər mövcuddur. Bu bölgələrdə danışan və siyasi həll yolu tapanlar daha təhlükəsiz və firavan yerlərə gəlib çatıblar. Bunu görmək lazımdır. Əlbəttə, bu mənada, ilk növbədə burada əsas amil olan Ermənistanın bunu dərk etməlidir, görməlidir. Bunu başa düşsə və lazımi töhfələri versə, hərəkətə keçsə və lazımi reaksiyalar göstərsə, həm təhlükəsizlik, həm də rifah baxımından çox ciddi irəliləyiş əldə oluna bilər”.

Akar Azərbaycanın da ehtiyaclarının olduğunu dilə gətirib:

“Məsələ nədir? Zəngəzur dəhlizi məsələsi var. Bunun açılmasının heç kimə zərəri yoxdur. Yəni burada əsas məsələ iki xalqın görüşüdür. Onlara dəstək olmalıyıq, heç kim mane olmamalıdır. Bu, bölgəyə rifah gətirə bilər. Bundan təkvə Azərbaycan yox, bütün bölgə və ətrafındaki ölkələr də bundan faydalanmaq imkanı əldə edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər