16 Noyabr 2021 22:01
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT rəsmi Bakı və İrəvanı təmkinlilik nümayiş etdirməyə, ziddiyyətləri sülh yolu ilə həll etməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak deyib.

"Hazırda bəzi məlumatlar alırıq. Amma şübhəsiz ki, son zorakılıq hadisəsi ilə bağlı xəbərləri narahatlıqla izləyirik. Və bu xəbərləri yoxlamaq məcburiyyətindəyik", - Haq keçirdiyi brifinqdə bildirib.

"Biz indi tərəfləri təmkinli olmağa və 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlara uyğun hərəkət etməyə, bütün müvafiq narahatlıqları sülh yolu ilə həll etməyə çağırırıq. Biz əvvəllər müşahidə etdiyimiz hər hansı eskalasiyaya qayıtmaqdan çəkinmək istəyirik", - o əlavə edib.

Daha əvvəl Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər