Milli Məclisin avtoparkındakı avtomobilərin yenisi ilə əvəz edilməsi istənilir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İşlər müdiri Firudin Hacıyev “Milli Məclisin 2022-ci il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Firudin Hacıyev maliyyə nazirindən xahiş edib ki, yeni avtomobillərin alınması ilə bağlı 500 min manat ayrılmasına kömək göstərəsiniz".
Deputat Tahir Kərimli bildirib ki, bura qanunverici orqandır və daha çox maliyyə ayrılmalıdır.
O, həmçinin Milli Məclis əməkdaşları üçün mənzil tikilməsini vacib sayıb.
Spiker Sahibə Qafarova deputata etiraz edərək bildirib ki, heç nədən narazılıq yoxdur: "Qaçqınlarımızı yerləşdirək. Hər şey yaxşı olacaq".