30 Noyabr 2021 13:40
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İstanbul şəhərində qasırğa nəticəsində ölən və yaralananların olmasına görə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər