22 Dekabr 2021 16:39
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın NATO və ABŞ qarşısında irəli sürdüyü tələblər ortadadır. Mən əvvəllər də qeyd edirdim ki, dünyada yeni nizam quruculuğu və bununla əlaqəli geopolitik qarşıdurma həlledici mərhələyə daxil olub və 2021-ci ildən Rusiya məsələsi gündəmə gələcək. İndi baş verənlər bizim ötən illər verdiyimiz proqnozun bariz təsdiqidir. Rusiyanın əsəbləri artıq tarıma çəkilib. Daha doğrusu, qlobal və regional inkişaf Rusiyanı kollektiv Qərb qarşısında ultimatum şəkildə tələblər irəli sürmək vəziyyətinə gətirib çıxarıb”.

Bunu Teleqraf.com-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik mütəxəssisi Sülhəddin Əkbər deyib.

O əlavə edib ki, NATO və ABŞ Rusiyanın ultimatum formasında olan şərt və tələblərini qəbul etməyəcək, əvəzində Rusiya ilə ümumi prinsiplər əsasında təhlükəsizliyin bölünməzliyi Təhlükəsizlik və bölünməz Avropa - şüarı daxil olmaqla danışıqları təklif edəcək:

“Rusiyanın da buna necə reaksiya verəcəyini yaxın gələcəkdə görəcəyik. Amma verilən cavabdan asılı olmayaraq hadisələr gərginləşməkdə və kəskinləşməkdə davam edəcək. Biz yeni ildən bu kəskinləşmənin yeni-yeni təzahürlərini görəcəyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər