MDB PA DİMBİ Bakı filialı bu gün “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə” adlı videokonfrans keçirib.
Teleqraf.com xəbər verir ki, videokonfransda, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov, MDB PA Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialının direktoru Teymur Muradov, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ direktoru İvan Muşket, MDB PA DİMBİ Kişinyov filialının direktoru Yeugeniu Ştirbu, MDB PA DİMBİ Bişkek filialının direktoru İslambəy Mursabəyov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Emil Əhmədov, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səfər Səfərli, AMEA Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cahangir Cahangirli, həmin İnstitutun daha bir nümayəndəsi Moisey Bekker, Qərbi Kaspi Universitetinin proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiri Fariz Həsənli, Politiloq Sultan Zahidov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, ictimaiyyət, elm xadimləri və MDB PAA DİMBİ və onun Bakı filialının əməkdaşları iştirak ediblər.
MDB PAA DİMBİ Bakı filialının direktoru Teymur Muradov videokonfransı açaraq Bakı filialı tərəfindən cari ildə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə” adlı elmi-araşdırma işinin aparıldığını, elmi-araşdırma işinin aparılmasına AMEA-nın Hüquq və İnsan Haqları İnstitunun alimlərinin də cəlb olunduğunu, eləcə də mövzunun aktuallığı və Azərbaycan Respublikasında müvafiq sahədə həyata keçirilən islahatlar, nailiyyətlər barədə iştirakçıları məlumatlandırdı.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov MDB PA Şurasının Baş Katibi D.A. Kobitski və öz adından tədbir iştirakçılarını salamladı.
Daha sonra çıxış edən MDB PAA DİMBİ direktoru İvan İliç Muşket tədbirin mövzusunun tək Azərbaycan Respublikasında deyil, eyni zamanda bütün MDB məkanında aktuallığından, mövzunun müasir dövr üçün daşıdığı əhəmiyyət barədə fikirlərini bölüşdü.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafı: dövlət, dini və ictimai institutlar arasında qarşılıqlı təcrübə və bu sahədə yaradılan normativ-hüquqi baza barədə fikirlərini səsləndirdi.
Digər çıxışçılar təmsil etdikləri profillər üzrə informasiya cəmiyyəti, dövlət və dini təşkilatlar, dövlət və ictimai institutlar və digər mövzularda çıxışlar etdilər.
Videokonfrans qarşılıqlı diskusiya və maraqlı fikir mübadiləsi ilə yekunlaşdı.