“Zənn etmirəm ki, Ermənistanda və Xankəndidə kimlərsə birləşərək Nikol Paşinyanı devirə bilsin. Açığı, ortaya daha çox Xankəndi separatçılarının lideri Araik Arutyunyan çıxdı. Amma onun da elə bir imkanı yoxdur. Arutyunyan bir qədər Daşnaksütyun və xaricdən pulla gələnlərlə yaxşı əlaqələrə malikdir. Amma onun zamanı keçib. Araikin indiki çıxışı daha çox Köçəryanın Rusiya ilə əlaqələri ilə bağlıdır. Yəni Rusiyada dövlət səviyyəsində deyil, hərbi elita daxilində müəyyən qüvvələr var ki, onlara müharibənin davam etməsi maraqlıdır. Həm də onlar Qafqaz siyasətini bu formada kompensasiya etməyə çalışırlar. Düşünürlər ki, Qafqaz onların əlindən çıxa bilər. Belə düşüncədə olanlar Araik Arutyunyanla hansısa əlaqələrə malik ola bilər. Amma reallıqda Araiki Xankəndidən o yana tanıyan yoxdur”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Ermənistan Baş naziri Nikol Paşinyanın son mətbuat konfransından sonra müxalifət qüvvələrinin fəallaşmasının perspektivləri haqqında danışarkən bildirib.
Politoloq deyib ki, Araik indi böyük siyasətdə nəinki kiçik fiqur, hətta heç kimdir:
“Yeni dünya düzəni formalaşır, böyük ölkələr indi üz-üzə gəlir. Mən düşünürəm ki, MDB-nin qeyri-rəsmi toplantısında da ciddi məsələlər müzakirə edilib. Yeni dünya düzəninə görə, MDB-nin özü BMT-dən keçən təşkilat kimi öz mövcudluğunu saxlamaq məcburiyyətindədir. Buna da türkdilli dövlətlər səbəb ola bilər. Yəni türkdilli dövlətlər Rusiyanı qoruyub saxlaya bilər. Rusiya da məcburdur ki, türkdilli dövlətlərlə daha yaxından əlaqə qursun, onların maraqlarını qəbul etsin. Bizə də maraqlıdır ki, Rusiya kimi nəhəng dövlətlərlə problemimiz olmasın”.
Politoloq bildirib ki, bu mənada indi Araik Arutyunyan heç kimdir:
“Onun sayıqlamalarına fikir verməyə dəyməz. Araik bir tərəfdən Paşinyana müharibə elan edir, digər tərəfdən də gedib onunla görüşür. Bu, erməni xislətindən doğur. Onlarda həm vahid mövqe yoxdur, həm də satqındırlar. Ona görə də erməniyə inanmaq olmaz. Amma indi Ermənistanda Paşinyanı yıxmaq gücündə olan qüvvə mövcud deyil”.