29 Dekabr 2021 00:43
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunları ilə bağlı yaydığı icmalda bildirilib.

"Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması və habelə, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması kimi vəzifələrin həllinə yardım edib. Dekabrın 10-da Moskvada “3+3” formatında Məşvərət Regional Platformasının (üç Cənubi Qafqaz dövləti – Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin, üç qonşu ölkə – Rusiya, Türkiyə, İran) hələlik Gürcüstanın iştirakı olmadan təsis iclası keçirilib", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər