Milli Məclis “Media haqqında” qanunu üçüncü oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, layihəni İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib.
Komitə sədri deyib ki, qanun layihəsi ilə bağlı üç ictimai müzakirə keçirilib, ölkənin 162 media rəhbəri bu müzakirələrə qatılaraq fikir və tövsiyələrini verib.
Zahid Oruc qeyd edib ki, qanun layihəsinin hər bir maddəsi ciddi analiz olunub: "Biz Milli Məclis sədrinin göstərişi ilə ekspertlərlə də müzakirələr aparmışıq".
Qanun layihəsinə etiraz edərək parlament qarşısında iki aksiya keçirilməsinə gəlincə, Zahid Oruc bildirib ki, bu aksiyalarda qanun layihəsinə dair hər hansı fikrə rast gəlinməyib: “Əgər onların niyyəti azad media ilə bağlı olsaydıŞ bu müzakirələrə qatılar, təklif və fikirlərini açıqlayardılar.
Qanun layihəsi kimisə həbs etməyi və ya cəzalandırmağı nəzərdə tutmur, ifadə azadlığına qarşı deyil. Azərbaycan dövləti mətbuatın güclənməsində maraqlıdır”.