Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə ediblər.
Nazirlər həmçinin NATO-Rusiya görüşü, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.