7 Yanvar 2022 16:45
3 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayaz Mütəllibovla bağlı mətbuatda yayılan xəbər şayiədir, heç bir əsası yoxdur. Mən bayaq həm Ayaz müəllim, həm də ailə üzvləri ilə əlaqə saxlamışam. Hər şey qaydasındadır”.

Bunu Teleqraf.com-a Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu deyib.

Qeyd edək ki, bu gün sabiq prezidentin səhhətində problem olduğu, nitq qabiliyyətini itirdiyi, hətta müsahibə və açıqlamalarının onun özü deyil, köməkçiləri tərəfindən hazırlandığı haqda mediada xəbər yayılıb.

Sabiq prezidentin köməkçisi isə bu iddiaları təkzib edib:

“Ayaz Mütəllibov hazırda evində, ailəsinin əhatəsindədir. Bilinmir ki, belə xəbər haradan çıxıb, mənbə yoxdur. Elə deyirlər ki, Ayaz müəllim telefonlara cavab vermir".

Qulu Həsənoğlu əlavə edib ki, hər zaman Ayaz Mütəllibovun müsahibələri ilə bağlı məsələləri mətbuat xidməti həlll edib:

“Ayaz müəllim, ona gələn suallarla bağlı qeydlərini aparıb, sonra da biz onu jurnalistlərə göndərmişik. Bu hər zaman belə olub. Siz də dəfələrlə bu formada müsahibələr etmisiniz. Amma məlumatda elə təqdim edilir ki, guya Ayaz müəllimin müsahibələrdən xəbəri yoxdur. Belə olmaz.

Ayaz Mütəllibov pandemiya səbəbindən evində oturub, mümkün qədər təmaslara üstünlük vermir. Ancaq bu yaxınlarda Prezident İlham Əliyev prezidenti təbrik edib, eləcə də müsahibə verib. Odur ki, deyilənlərə ciddi yanaşmağın tərəfdarı deyilik”.

Sonda birinci prezidentin mətbuat katibi qeyd edib ki, Ayaz Mütəllibovda yalnız təzyiq problemi olur:

“Bu da anlaşılandır, yaşlı insanlarda olur belə. Bunun xaricində hər hansı problemi yoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər