Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır.
Teleqraf.com-un məlumatına görə, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında deyib.
O qarşıda dayanan vəzifələrdən danışıb və bildirib ki, yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.
İclasda həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.