11 Fevral 2022 17:43
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurası heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, toplantıda Ağsaqqalar Şurasının sədri Binəli Yıldırım və digər rəsmi şəxslər də iştirak edib.

Azərbaycanı Şuranın üzvü, diplomat Həsən Həsənov təmsil edib.

İclasda Türkiyə Prezidenti fevralın 9-da İstanbulda keçirilən Ağsaqqallar Şurasının XII toplantısı barədə məlumatlandırılıb.

Görüş İstanbul şəhərindəki Vahidəddin köşkündə baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər