“Son günlər Xankəndindəki separatçılar sistemli şəkildə atəşkəsi pozur, bizim tərəfə aqressiya nümayiş etdirirlər. Hesab edirəm ki, bu təsadüfi deyil. Məqsəd bizdə boşluq axtarıb tapmaq və gərginlik yaratmaqdır. Amma gördüyünüz kimi boşluq tapa bilmirlər. Bu olduqca vacib məsələdir”.
Bunu Teleqraf.com-a hüquq elmləri professoru Rüstəm Məmmədov deyib.
O bildirib ki, Azərbaycan ordusu və dövləti situasiyaya uyğun olaraq adekvat cavablar verir:
“Bu yaxınlarda Azərbaycan müdafiə nazirinin də müvafiq əmri olub. Təxribatçılara istənilən təxribat zamanı layiqli cavab veriləcək. Fikrimcə, bu həm separatçılara, həm də sülhməramlılara mesajdır. Hər kəs üzərinə düşəni etməlidir. Orada sülhməramlılara komandanlıq edən şəxs sanki əsas işinin nədən ibarət olduğunu tam unudub. Azərbaycan tərəfinin reaksiyası onları məcbur edəcək ki, görməli olacaq işlərinə dönsünlər”.
Rüstəm Məmmədov onu da qeyd edib ki, indi beynəlxalq geopolitikada rusların durumu o qədər də yaxşı deyil:
“Ermənistan baş naziri Nikol Paşinyanda Fransaya səfər edib. Bu erməni xislətidir. Bəli, bu ağır gündə Rusiyaya xəyanət edirlər. Onların mahiyyətində bu dayanır. Müttəfiqini bir saata satarlar. Mən hesab edirəm ki, indi regionumuzda baş verənlər bizim maraqlarımıza tam uyğundur. Biz də çalışmalıyıq ki, dəyişən dünya düzəni konteksində maraqlarımızı təmin edək. Başqa cür ola da bilməz. Mənim ehtimalıma görə, bu proseslərdə erməni tərəfi hər zaman uduzacaq”.