Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, diplomat bu barədə tviterdə yazıb:
“11 mart xüsusi gündür. Bu gün biz Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyinə təşkil etdikləri sərgi və tədbir üçün təşəkkür edirik”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyində Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.