12 Mart 2022 13:07
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşünün səmərəli keçdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, görüş mətbuata qapalalı baş tutub.

Diplomatlar ikitərəfli əlaqələrin inkişafı və digər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ararat Mirzoyan isə öz növbəsində ikitərəfli münasibətləri inkişaf etdirmək üçün qeyd-şərtsiz təmaslara davam etdiriləcəyini bəyan edib:

“Ermənistan bölgədə sülhün bərqərar olmasında qərarlıdır”.

***

12:50

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Nazirlər iki ölkə arasında əlaqələrin bərpası və regional məsələləri müzakirə ediblər.

Bundan başqa, A.Mirzoyan Türkiyənin Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla da görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər