13 Mart 2022 18:38
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox aydındır ki, iki ölkə arasında münasibət inkişaf etməkdə və şaxələnməkdə davam edir.

İki ölkə yaşıl enerjiyə keçid istiqamətlərində və bərpa olunan enerji resurslarının inkişafı kimi sahələrdə də əməkdaşlığı artırmaqdadır”.

Teleqraf.com xəbər verir ki, bu sözləri, britaniyalı deputat Deyvid Duquid deyib.

O bildirib ki, keçən il noyabr ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət edib. Deputat qeyd edib ki, bu ərazilərin minalardan təmizlənməsi və bərpası istiqamətləri üzrə Britaniya şirkətləri cəlb olunub. Deyvid Duquid bildirib ki, birgə əməkdaşlıq və daha da çox Britaniya şirkətlərinin bura cəlb olunması, onların öz biliklərini Azərbaycana ötürməsi və beləliklə də təmiz enerjiyə keçid üçün xeyli geniş imkanlar var.


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər