29 Mart 2022 14:12
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təcavüzkar, ikili oyunların mahir ifaçısı Ermənistan ona məxsus olan 4 ədəd müasir “SU 30” təyyarəsini hərbi əməliyyatlarda istifadə etmək üçün Ukraynaya göndərib. Təyyarələrin erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir. Bu, birmənalı olaraq, onu deməyə əsas verir ki, artıq Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşulub. Bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan bu ölkəni qabaqladı və qarşıdurmanın bilavasitə iştirakçısına çevrildi. Beləliklə tam əminliklə söyləyə bilərik ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistan da iştirak edir və bu prosesə öz "töhfələrini” verir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun fikrincə, Azərbaycandan aldığı zərbə, “Dəmir yumruq” Paşinyan hakimiyyəti üçün yetərli olmayıb: “Ermənistan rəhbəri dövlətçilik maraqlarını, öz xalqının mənafeyini qurban verərək ölkəsini ciddi zərbə altına qoyub. Ermənistanın siyasətinin mahiyyəti məhz budur. Bundan əvvəl də Ermənistanın Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına göndərilməsində fəal iştirak etdiyi barədə məlumatlar yayılmışdı. Məhz bu səbəbdən bu gün bir sıra Qərb dairələrində Ermənistana bu hərəkətlərinə görə sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilir”.

Millət vəkilinə görə, Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir: “Artıq sözdən əmələ keçməyin vaxtıdır. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu ölkəyə davamlı humanitar yardımlar göstərir. Dünən Ukrayna Prezidentinin yenidən Prezident İlham Əliyevə zəng edərək təşəkkürünü bildirməsi bu fikri bir daha təsdiq edir. Ermənistan isə Ukraynada həyata keçirilən əməliyyatlarda bilavasitə iştirak edir. Qərb dövlətləri, eləcə də beynəlxalq qurumlar Ermənistanla bağlı siyasətlərində bu amilləri mütləq nəzərə almalıdır. Ermənistan hər zaman söylədiyimiz kimi, terror dövləti mahiyyətini bir daha təsdiqləyir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər