29 Mart 2022 14:26
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Qarabağla bağlı emosional bəyanatlardan çəkinməyə çağırır, Moskva vəziyyəti normallaşdırmaq üçün səy göstərir.

Teleqraf.com xəbər verir ki, bunu çərşənbə axşamı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqin Rusiyanın federal telekanallarından birinin efirində çıxışında Azərbaycanın neft sənayesinə nüvə zərbələrinin endirilməsini təklif edib.

“Bu bəyanat heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir və uyğun gələ də bilməz. Bu, daha çox aşıb-daşan şəxsi emosiyalar müstəvisində yatan bir bəyanatdır. Sözsüz ki, biz bu emosiyaları cilovlamağa və xüsusilə tərəfdaşlarımıza münasibətdə bu cür bəyanatlardan çəkinməyə çağırırıq. Azərbaycan tərəfdaş ölkə kateqoriyasına aiddir və xüsusilə Rusiyanın Qarabağ rayonunda sülhün qorunması və bütün tərəflərin müvafiq öhdəliklərinin yerinə yetirilməsi üçün çox enerjili səylər göstərdiyi bir şəraitdə”, - Peskov jurnalistlərə bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər