28 May 2022 14:55
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa vaxt ərzində böyük nailiyyətlər əldə etdi. İlk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məmmədəmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, bu görkəmli dövlət xadimləri, vətənpərvər ziyalılar, peşəkar hərbçilər xalqımızın yaddaşında əbədi yaşayacaqlar: “AXC-də insan hüquq və azadlıqlarının bərqərar olması, etnik, dini və cinsi mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının təmin edilməsi prinsipləri əsas götürülmüşdü. Hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi tarixi gerçəklik idi.

Nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Sözsüz ki, müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Sovet dövründə bizim tarixi keçmişimiz unutdurulmağa çalışılanda ümummilli lider Heydər Əliyev Azərbaycanda elə bir inkişaf strategiyası həyata keçirdi, elə cəsarətli layihələri reallaşdırdı ki, onlar sonradan müstəqil Azərbaycanın əsas sütunlarına çevrildi.

1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda bacarıqsız şəxslərin hakimiyyətə gəlməsi tezliklə xaos və özbaşınalığa gətirib çıxardı. Digər tərəfdən, torpaqlarımızın 20%-i işğal olunmuş, bir milyondan çox qaçqın və məcburi köçkün ordusu yaranmışdı. Çətin və mürəkkəb ictimai-siyasi vəziyyətdə Heydər Əliyev xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlandı, nizami ordu yaradıldı. Ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edildi. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətlərin əsası qoyuldu”.

Millət vəkilinin sözlərinə gğrə, ölkə başçısı İlham Əliyev bu prinsipləri əsas tutaraq bölgədə və dünyada dəyişən vəziyyətə uyğun inamlı siyasət aparır: “Müstəqil Azərbaycan nəinki regionun, dünyanın lider ölkələri sırasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, imzaladığı Sərəncamlar, dövlət proqramları, xüsusi sosial və iqtisadi dəstək tədbirləri və birinc vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, göstərdiyi qayğı xalqımız tərəfindən rəğbətlə qarşılanır. həyata keçirir və inkişaf etdirir.

Bütün bunların fonunda bu il Müstəqillik gününü şanlı qələbəmizdən sonra 2-ci dəfə qeyd edirik. Azərbaycanın çox şanlı tarixi olub, ancaq Qarabağın işğal olunması, vətəndaşlarımızın erməni vandalizminin qurbanı olması sanki xalqımızda bir natamamlıq sindromu yaratmışdı. Ona görə də bayramları da, tarixi günləri də ürəkdən keçirə bilmirdik. Ancaq 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun möhtəşəm Qələbəsindən sonra xalqımızın özünə inam hissi daha artdı. Bu Zəfəri mahir diplomat, müzəffər sərkərdə İlham Əliyev, igid, cəsur, mərd əsgər və zabitlərimiz qazandırdı. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizminin əsarətindən azad etdi.

İndi Qarabağda, Şərqi Zəngəzurda quruculuq işləri aparılır. Tezliklə həmin ərazilərin vətəndaşları orada yaşamağa başlayacaq. Artıq Şuşa mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də beynəlxalq statuslu tədbirlərə ev sahibliyi edir. Füzuli hava limanı hər kəsi yaxşı mənada təəccübləndirir. Çəkilən yollar, tunellər, enerji, qaz, su infrastrukturu, tikilən yaşayış binaları, sosial obyektlər, salınan kəndlər, şəhərlər Azərbaycanın qüdrətini, iqtisadi imkanlarını göstərir”.

Hicran Hüseynova bildirib ki, müstəqillik günü ərəfəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Füzuli, Cəbrayil, Zəngilana səfər etməsi mühüm hadisə idi: “Səfər zamanı görülən işlərlə tanış olmaq, təməlqoyma mərasimində iştirak etmək və Zəngilan rayonun Ağalı kəndinin “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılışı xüsusi ilə diqqət çəkdi. Həmçinin dövlət başçısının o bölgənin sakinlərlə görüşü artıq Azərbaycanın qədim Qarabağ və Şərqi Zəngəzur torpağında “Böyük Qayıdışın” başlanğıcını qoydu”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər