8 Sentyabr 2022 09:05
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh olmayacaqsa, erməni tərəfi Azərbaycanın atacağı adekvat addımlardan, eləcə də Zəngəzur faktından çox narahatdır. Onların qorxusu məhz bu iki məsələ ilə bağlıdır. Düşünürlər ki, Azərbaycan digər prinsipləri Zəngəzur məsələsində də tətbiq edə bilər.

Bunu Teleqraf.com-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Sabiq diplomat hesab edir ki, erməni tərəfi hazırda bu məsələlərə görə özlərini ciddi təhlükə altında hiss edir: “Ona görə də, ermənilər özləri üçün yeni bir taktika seçmək niyyətindədir. Bu da Ermənistanın proseslərdən uzaqlaşıb Qarabağda yaşayan ermənilər üçün dəstəyin diaspor tərəfindən verilməsi planı ilə bağlıdır. Çünki indiyə qədər Qarabağda yaşayan ermənilər üçün pul Ermənistan büdcəsindən gəlib. Eyni zamanda hərbi-siyasi dəstəyi də Ermənistan edib. Amma indi planlaşdırırlar ki, bunu hansısa ictimai qurumlar etsin”.

Tofiq Zülfüqarov Ruben Vardanyanın Xankəndiyə hansı məqsədlərlə gəlməsi məsələsinə də aydınlıq gətirib: “İlk növbədə bu adamın Qarabağda ötrü ora gəlməsi inandırıcı deyil. Müharibədəki məğlubiyyətdən iki il keçib. Sadəcə olaraq Rusiya-Ukrayna müharibəsi nəticəsində tətbiq edilən sanksiyalar məsələsi var. İndi də Vardanyan deyib ki, Qarabağa “kömək üçün gəlib”.

Təbii ki, onun digər məqsədləri var. Onun hansısa qurumların pullarını yumaq, sanksiyalardan çıxarmaq məqsədləri də aydın görünür. O, tək bura öz pullarını xilas etmək üçün gəlməyib. Digər tərəfdən Vardanyan öz işlərini ört-basdır etmək üçün Qarabağ mövzusunu ortalığa atmağa çalışır. Hər halda biz proseslərin gedişində bütün məsələlərin detallı üzə çıxacağının şahidi olacağıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər