Ermənilər 100 ilden çoxdur ki, hər yerdə kök atıblar. Onların əksəriyyəti Amerikada və Fransada hökumət idarələrində, mediada yer alıb, vəzifə tutublar. Ermənistandan uzaqda olsalar da anadan olan körpələrini “türk düşmənçiliyi” ruhunda tərbiyə edirlər. Bu yolla dünya erməniçiliyinə qulluq etdiklərini düşünürlər.
Bunu Teleqraf.com-a Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova deyib.
Onun sözlərinə görə, bu günə qədər ermənilər dünyada tanınan 13 terror təşkilatı yaradıblar ki, onlardan biri də “ASALA”dır: “İkinci Qarabağ müharibəsindən sonra da erməni diasporunun vəziyyəti gərginləşdirəcəyi gözlənilirdi. Çünki onlar bilir ki, artıq “Böyük Ermənistan” ideyası yoxa çıxdı. Ona görə də, aqressivləşmiş erməni diasporunun üzvləri Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatlarına, səfirliklərinə hücumlar, basqınlar edir. Bu yollarla bizlərdən “heyif” çıxmağa çalışırlar".
Onun fikrincə, ermənilərin Amerika ve Fransada sıx və kompakt şəkildə yaşadığını nəzərə alaraq daha adekvat və effektiv cavab tədbirləri görülməlidirməliyik: "Çünki ermənilər daha sıx yaşadıqları ölkələrdə mafia kimi hər yerə əl atırlar. Fransada jurnalistlər ancaq ermənilərdən yazır. Hansısa jurnalist ədalətli yanaşanda, dərhal ermənilər ona qarşı hədə-qorxu gəlir, təzyiq edirlər".
Aytən Muradova hesab edir ki, bu kimi məsələlərdə Azərbaycan tərəfi olaraq bir sıra vacib işlər həyata keçirilməlidir: “Biz yaşadığımız Fransada və başqa ölkələrdə yerli media qurumları ilə işləri düzgün qurmaq lazımdır. Hansısa meydanda piket keçirib, plakat qaldırmaqla heç nəyə nail olmaq mümkün olmayacaq. Ona görə də, bu işlərə konseptual yanaşma olmalıdır. İşlərimizi kökündən düzgün qurmaqla ənənəvi səhvəri təkararlamağın qarşısını almalıyıq. İndiki şəraitdə Fransada erməni icması, diaspor və lobbi təşkilatları çox fəallaşıb, artıq qırmızı xətti keçiblər. Ona görə də, bu gün onların hərəkətlərinin qarşısı mütləq şəkildə alınmalıdır. Ermənilər dərk edir ki, onların Qarabağla bağlı xülyaları puç olub, Qarabağ əllərindən çıxıb. Bu səbəbdən də bütün imkanlarından istifadə edərək Azərbaycan səfirliklərinə qarşı aqressiyalarını püskürməyə cəhd edirlər. Küçələrdə, parklarda Azərbaycan-Türkiyə əleyhinə fikirlər yazır, plakatlar yapışdırırlar. Məqsədləri yaşadıqları cəmiyyətdə Azərbaycan və Türkiyə haqqında mənfi imic formalaşdırmaqdan ibarətdir”.