21 Oktyabr 2022 11:52
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATƏT obyektiv deyil. Ermənistanı dəstəkləyir. Ona görə də 30 il problemin həllinə nail ola bilmədi".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mersində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağ propleminin həlli ATƏT-in Minsk qrupunun səylərinin nəticəsi deyildi: “Azərbaycan öz işini özü gördü. ATƏT sərhədə müşahidəçi göndərərkən Azərbaycanın fikirlərini də öyrənməli idi. Amma bunu etmədi”.

"Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Bu əlaqələrin normallaşması istiqamətində atılan hər bir addım həm də İrəvan- Ankara münasibətlərinə təsir edir", - o, əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər