Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yaranmasının 77-ci ildönümü münasibətilə BMT-ni təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
Bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan fəal və etibarlı üzv kimi BMT mexanizmlərinin əzmkar tərəfdarı olub. “Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin, eləcə də davamlı inkişafın qorunması üçün bütün səylərini göstərib”, - paylaşımda bildirilib.
Xatırladaq ki, BMT 1945-ci il oktyabrın 24-də beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılıb.
Today we celebrate #UNDay.
— MFA Azerbaijan (@AzerbaijanMFA) October 24, 2022
After restoration of independence, #Azerbaijan as an active and reliable Member, has been a steadfast advocate for UN mechanisms, made every effort to preserve international peace and security, as well as sustainable development.
Happy @UN Day! pic.twitter.com/LbBEB3PnfV