5 Noyabr 2022 10:37
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətən müharibəsində Şuşa əməliyyatı Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat döyüş meydanında qazanılmış qələbənin təsdiqi və sübudur”.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iki ildir ki, Azərbaycanda bayramlar tamamilə fərqli hisslərlə qarşılanır: “İki il bundan əvvəl Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya nümunə göstərdi və torpaqlarımız işğaldan azad edildi. 1980-ci illərin sonundan Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürüb. Bu müddət ərzində 20 faiz torpaqlarımız işğal altında düşmüşdü. 30 ilə yaxın tarixi dövr ərzində BMT Təhlükıısizlik Şurasının 4 qətnamə, o cümlədən bir sıra beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişdi.

Bütün bunlara baxmayaraq Ermənistanın işğal siyasəti davam edirdi, İrəvan qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirirdi. Ermənistan danışıqların imitasiyası ilə də məşğul idi. 30 ilə yaxın müddət ərzində Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll olunmasına sadiqlik nümyiş etdirirdi. Ermənistanda təcavüz xarakterli doktorina qəbul edilməsi, 2020-ci ilin iyulunda hərbi təxribatın həyata keçirilməsi faktiki olaraq torpaqlarımızın hərbis-siyasi yolla azad edilməsini labüd etmişdi. 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirib. Bu əməliyyat Azərbaycan ərazisində həyata keçirilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər