Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş Özbəkistanın Səmərqənd şəhərində baş tutub.
Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, dövlət başçılarının görüşü Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilib.