14 Dekabr 2022 16:00
3 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərimiz separatçılar və ayrı-ayrı qurumlar tərəfindən qeyri-qanuni olaraq istismar olunur. Azərbaycan bununla bağlı dəfələrlə məsələ qaldırıb. Sülhməramlılarla da bununla bağlı razılıq əldə olunmuşdu. Razılığa görə, sülhməramlılar Azərbaycanın dövlət qurumları və yerli təşkilatlara imkan yaradacaq ki, onlar gedib həmin mədənlərə baxış keçirsin. Amma sonradan buna imkan verilmədi. Daha doğrusu sülhməramlılar oradakı separatçıların qalıqları ilə bizə qarşı təxribat həyata keçirməyə çalışdılar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O hesab edir ki, Andrey Volkov, separatçı Vtali Blasanyan və Ruben Vardanyan üçlüyünün məkirli niyyəti sayəsində azərbaycanlı mütəxəssislərin yerlərdə mineral yataqlarla bağlı monitorinq aparmasının qarşısı alındı: “Hətta onlar Xankəndidə yaşayan erməniləri gətirərək, bu prosesə qarşı bir aksiya da təşkil etdilər. Bu gün Şuşa-Xankəndi yolunda azərbaycanlı qeyri-hökumət təşkilatlarının və fəal vətəndaş cəmiyyətinin üzvlərinin keçirdiyi aksiyanın da məqsədi odur ki, monitorinqlərə icazə verilsin”.

Deputatın fikrincə, Şuşa-Xankəndi yolunda keçirilən aksiyalar sülhməramlıların həmin ərazilərdə monitorinq aparılmasına razılıq verənə qədər davam edəcək: “Eyni zamanda azərbaycanlı qeyri-hökumət təşkilatlarının təşkil etdiyi bu aksiya beynəlxalq hüquq və fundamental əsaslara söykənir. Ona görə də, Ermənistan tərəfinin burada kimisə günahlandırmasına heç bir əsas yoxdur”.

Ceyhun Məmmədov Azərbaycana məxsus təbii sərvətlərin ermənilər tərəfindən qanunsuz istismarına qətiyyən yol verilməyəcək: “Azərbaycan buna göz yummayacaq. Dövlətimizin qəttiyətli mövqeyi sayəsində bu kimi hallara son qoyulacaq. Azərbaycan dövlətinin əsas hədəfi məhz öz ərazisində olan bütün məsələlərə tam nəzarəti özündə ehtiva edir. Qarşı tərəf bunu birdəfəlik anlamalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər