2 Fevral 2023 21:33
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

"Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev birgə iqtisadi komissiyanın ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayıb: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər