Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.
Qərarda deyilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.
Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.