"Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan bir milyon azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti yürüdüb, onları Qarabağdan və digər yerlərdən qovub, onlara əzab-əziyyət verib.