31 Mart 2023 01:11
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.

Teleqraf.com xəbər verir ki, Ceyhun Bayramov bu barədə tvitterdəki hesabında yazıb.

“Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər