1 Aprel 2023 00:28
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çeçenistan lideri Ramzan Kadırov Teleqramda yazıb.

O bildirib ki, tərəflər Rusiya və onun subyekti – Çeçenistanla iqtisadi əlaqələri gücləndirmək, eləcə də müxtəlif sosial-iqtisadi sahələrdə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək istəyini ifadə ediblər.
Xatırladaq ki, Əhməd Kadırov dünən Azərbaycanda QMİ sədri Allahşükür Paşazadə ilə də görüşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər