1 Aprel 2023 16:42
2 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Tərtər rayonunun işğaldan azad edilən Talış kəndində söylədikləri reallıqları əks etdirir. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionda yeni şərait yaranıb, Azərbaycan öz ərazilərini işğaldan azad edib, məlum sərhədlərinə nəzarəti həyata keçirir. Yəni, rəsmi sənəd imzalanmasa da realda Azərbaycan sərhədlərini müəyyənləşdirib və özü də mühafizə edir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Professor qeyd edib ki, sərhəd müqaviləsinin imzalanması Ermənistanın faydasınadır:

“Belə bir müqaviləni əgər Ermənistan imzalayarsa, iki ölkə arasında sülh yaranar və bu da tədricən əməkdaşlığa gətirib çıxarar. Eyni zamanda ağır vəziyyətdə olan Ermənistan əhalisinin həyatına müsbət təsir göstərə bilər”.

Millət vəkili hesab edir ki, Ermənistan sülh müqaviləsinin bağlanmasında daha çox maraqlı olmalıdır:

“Amma Ermənistan nə üçün sülh müqaviləsini imzalamır? İlk növbədə Ermənistan müstəqil deyil. Digər tərəfdən onlar hansısa əlverişli şəraitin yaranacağını gözləyirlər. Amma Ermənistanın bu düşüncələri elə xülya olaraq qalacaq. Çünki onun müdafiə edən ölkələr öz vətəndaşlarını Ermənistanın haqsız işi uğrunda ölməyə göndərməyəcəklər. Ona görə də, Prezident İlham Əliyevin “Ermənistan sülh istəmirsə, biz də sülh istəmirik. Ermənistan bizim ərazi bütövlüyümüzü, sərhədlərimizi tanımırsa, biz də onun ərazisini, sərhədlərini tanımırıq” fikirləri Ermənistanın gələcəkdə ağır vəziyyətə düşməsinə gətirib çıxara bilər”.

Musa Qasımlıya görə, faktiki olaraq Azərbaycanın qazandığı qələbəni dünya qəbul edib, tanıyıb: “Məğlub olan Ermənistandır. Hərb meydanında məğlub olan Ermənistan masa arxasında sülh sənədini imzalasa fayda götürər”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər