Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandııb.
Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, İranın Azərbaycana qarşı hər gün artan ritorikası hansı amillərlə izah olunur?
- İranın bu gün narahatlığı xarici siyasətdən daha çox daxili siyasətlə bağlıdır. İranın daxilində bu gün həddən artıq gərginlik var. Artıq ard-arda iki dəfədir ki, İranda çox ciddi ixtişaşlar baş verib. Bu ixtişaşlar zamanı isə çox sayda insan həyatını itirib. Sözsüz ki, bu da İranda mərkəzdən qaçma meyillərini daha da gücləndirib. Yekunda bu cür hallar İran hakimiyyətini məcbur edir ki, insanların diqqətini kənar təsirlərə, xaricə yönəltsinlər. İkinci səbəb isə qlobal iqtisadi böhranla bağlıdır. Çünki bu amil iqtisadi cəhətdən sabit olmayan ölkələrdə ictimai-siyasi destabilizasiya yaradır. Eyni konteksdə İran hakimiyyəti bu halın da qarşısını almaq üçün xarici siyasətdə gərgin bir mühit formalaşdırır. Bu siyasət də bir müddət davam edəcək.
- Azərbaycanın İsraildə səfirlik açması ilə bu porses arasında nə dərəcədə bağlılıq var?
- Əslində bu siyasətin Azərbaycanın İsraildə səfirlik açmasına heç bir aidiyyəti yoxdur. Söhbət burada Cənubi Qafqaz uğrunda supergüclərin mübarizəsindən gedir. İran da öz növbəsində bu mübarizədə iştirak etmək istəyir. Müəyyən nəticələri özü üçün təmin etməyə çalışır. Onun üçün burada ən ciddi mövqe Azərbaycanla bağlıdır. Çünki Azərbaycan Türkiyə, Qərb və ABŞ-la əməkdşalıq edir. Bunu da İran öz maraqlarına uyğun hesab etmir.
- Belə olan halda Azərbaycanla İran arasında mümkün hərbi qarşıdurma ehtimalı mümkündür?
- Tərəflər arasında hərbi qarşıdurma ehtimalı olduqca azdır. İranla Azərbaycan arasında ciddi bir hərbi qarşıdurma olmayacaq. Bunun baş verəcəyi təqdirdə İran üçün nəticələr yaxşı olmayacaq və proses onun dağılması ilə başa çatacaq. Rusiya-Ukrayna müharibəsində olduğu ki, Azərbaycan da burada İran üçün əhəmiyyətli təsir imkanlarına malikdir. İranın özündə də başa düşürlər ki, Azərbaycanın ondan coğrafi baxımdan kiçikliyinə baxmayaraq bu ölkəyə hər hansı bir hərbi müdaxilə ona yaxşı heç nə vəd etmir. Ona görə də, İranın qəti olaraq hərbi ritorikaya əl atması ehtimalı azdır.
- Ermənistanla yeni hərbi əməliyyatların başlanması fonunda İranın burada iştirakı ilə bağlı yanaşmalar var. Bu ehtimalı necə dəyərləndirirsiniz?
- Əslində reallıqda belə bir şey yoxdur. Bütün bunlar Ermənistanda daxili auditoriyanı nəzarətdə saxlamaq üçün verilən bəyanatlardır. Çünki Ermənistan cəmiyətində çox ciddi dərin bir depresiyya mövcuddur. Ona görə də, Ermənistan iqtidarı tərəfindən bu cür absurd bəyanatlar verilir. Faktiki olaraq Ermənistanın Azərbaycanla müharibə etmək imkanları olduqca azdır. Ermənistana uzun 10 illiklər dəstək olmuş Rusiya ilə də bu ölkə arasında münasibətlər tam pozulub. ABŞ da öz növbəsində açıq şəkildə Ermənistanı dəstəkləməyəcək. Bunların fonunda kiçik həcmli qarşıdurmalaırn olması ehtimalı olsa da geniş miqyaslı döyüş əməliyyatlarının başlanması gözlənilmir.